Tez-tez verilən suallar
TurSayt haqqında ən çox soruşulan suallara cavabları burada tapa bilərsiniz.
TurSayt turizm şirkətləri üçün mini sayt (bio link) yaratmağa və əlavə etdikləri turları eyni zamanda ümumi marketplace-də yayımlamağa imkan verən platformadır. İstifadəçilər isə burada müxtəlif şirkətlərin turlarını bir yerdə tapa və müqayisə edə bilirlər.
Platforma iki tərəf üçün nəzərdə tutulub:
- Şirkətlər üçün: turlarını paylaşmaq, müştəri toplamaq və satış etmək
- İstifadəçilər üçün: fərqli turları araşdırmaq və uyğun variant seçmək
Qeydiyyatdan keçib profil yaradırsınız, sonra turlarınızı əlavə edirsiniz. Əlavə etdiyiniz hər tur həm sizin profilinizdə, həm də marketplace-də avtomatik görünür.
Hər tur aşağıdakı yerlərdə eyni anda yayımlanır:
- Sizin şəxsi profil səhifənizdə
- TurSayt marketplace-də (ümumi siyahıda)
Marketplace bölməsindəki filtrlərdən istifadə edin:
- Regiona görə filter
- Qiymətə görə sıralama
- Kateqoriyalara baxış
Bu vasitələrlə uyğun turları rahat tapa bilərsiniz.
Hər tur səhifəsində əlaqə və ya rezervasiya üçün düymə olur (məsələn, WhatsApp və ya zəng). İstifadəçi birbaşa turu təşkil edən şirkətlə əlaqə saxlayır.
Hazırda ödənişlər birbaşa şirkətlə istifadəçi arasında həyata keçirilir. Platforma əsasən təqdimat və yönləndirmə rolunu oynayır.
Bəli, eyni istiqamət üzrə fərqli şirkətlər müxtəlif qiymət və paketlərlə tur təklif edə bilər. Bu, istifadəçilərə müqayisə edib daha uyğun variant seçmək imkanı verir.
TurSayt şirkətlərə bir neçə üstünlük verir:
- Daha çox görünürlük (marketplace + bio link)
- Daha çox müştəri axını
- Sosial mediadan gələn trafiki düzgün yönləndirmə
Platformada istifadə üçün aylıq abunə modeli mövcuddur. Bu abunə ilə şirkətlər öz profilini idarə edə və turlarını limitsiz şəkildə paylaşa bilirlər. İstifadəçilər üçün isə platformadan istifadə pulsuzdur.
Sualınıza cavab tapmadınız?
Komandamız sizə kömək etməyə hazırdır. Bizimlə əlaqə saxlayın.